Elvin Nasir - Misra

Описание к видео Elvin Nasir - Misra

Elvin Nasir-in ifa etdiyi "Misra" adlı parçası artıq onlayndır!
Elvin Nasir-ə YouTube-da abunə ol : https://l24.im/HDmt9V

Söz:Elvin Nasir
Beat:Berkay Çandır
VİDEO:ILHAMI SHAHBAZLI
Tar:Əliəkbər Dumanlı
Gitara:Elvin Vəliyev
Səsyazma:Khaba records
Səs uzlaşması:İsamir
Korrektor: Şəlalə Mirzəəli
Media dəstəyi: @Xeber.men

Elvin Nasir-i sosial şəbəkələrdə izlə :
Instagram - https://l24.im/6GI

Elvin Nasir-i rəqəmsal platformalarda dinlə :
Spotify - https://l24.im/h3tV8yI
Apple Music -

Sözlər :
Pənbeyi daği cunun içra nihan olan bədən
Mənə qalmaz bilirəm Füzulidən çəkib gedən
Kafirin titrəyişi,haqqın batan səsi
Mənəm ol bıçaq,soyulmuş Nəsiminin dərisi

Həmin ol çarmıxa şahidlik edən məkan mənəm
ELə bir məkan olmuşam ki məkana sığmışam
Hansı ki şair o vaxt sığmayıbdı cahanlara
O qədər acizəm ki mən bu cahana sığmışam

Nizaminin qələmindən çıxan ol məcnunun
Kor olan gözləriyəm,dərdi qübar gəlmiş idi
Sarayın şairinin xalçasıyam,gördüm mən
Gecə xəlvətçə bizə sevgili yar gəlmiş idi

Müşfiq tək məni sürgün eləyin,güllələyin
Mərminin qiyməti sözdən bu şeirdən də baha
Yenə ol bağ olacaq,yenə o siz gələcək
Daha yoxdur şair,o bağ da yoxdu daha

Hamı yatmış oyaqdır bir Allah bir də ki mən
Nə üçün gözlədibdir Sürəyya ol Şəhriyari
Çəkdiyi siqaretdən ərşə çıxan tüstü mənəm
Necə ulduz sayaraq gözləyirdi bir gecə yari

Mənəm ol meyi ilə xanə və içilməyən şərab
Saçımın telleri ağ gözlərimin rəngi saridir
Görəsən öyrənə bilmişmi Vahidin ruhu
Həmin ol gözəl nazənin kimin istəkli yaridir

Gecədən gündüzə idrakda yol açmış Allah
Mən həmin yolda saralmış çürüyən bir ağacam
Və mənim ruhumu söznən doyuran bəxtiyarın
Ölüm almış bədənin mən də həmin gündən acam

Yandı öz sözlərinin hikmətində Məşədbaba
Belə vermiş ki qərar közüm də mənnən gedəcək
Getdi Aydın və Vüqar bu dünyada söz qoyaraq
Ancaq ki mən öləndə sözüm də mənnən gedəcək


Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2023

Etiketlər :

#Misra #ElvinNasir #MusicsofAzerbaijan

Комментарии

Информация по комментариям в разработке