Elvin Nasir - Gəl (Qəzəl:Məşədi Baba)

Описание к видео Elvin Nasir - Gəl (Qəzəl:Məşədi Baba)

Elvin Nasir-in ifa etdiyi "Gəl" adlı parçası artıq onlayndır!
Elvin Nasir-ə YouTube-da abunə ol : https://l24.im/HDmt9V

Elvin Nasir-i sosial şəbəkələrdə izlə :
Instagram - https://l24.im/6GI

Elvin Nasir-i rəqəmsal platformalarda dinlə :
Spotify - https://l24.im/h3tV8yI
Apple Music -

Qəzəl:Məşədi Baba "Sonradan"
Söz:Elvin Nasir
Musiqi:Berkay Candır
Sample:Şəfiqə Axundova "Həsrətindən"
Səsyazma:Khaba records
Səs uzlaşması:İsamir
Video:Sahib Abbasoğlu
Korrektor: Şəlalə Mirzəəli
Media dəstəyi: @Xeber.men

Sözləri:
Məşədibaba Aydəmirov "Sonradan"

Bilməm nə dedi əğyar o canana sonradan
Canan ikən oldu mənə biganə sonradan

Yoxsa məni tərk etməz idi nazlı nigarım
Uydurdu adımdan rəqib əfsanə sonradan

Mən yandım əzəl,şamu-səhər atəşi eşqə
Vurdu özün odlara pərvanə sonradan

Mən aşiq olanda,yox idi bir nəfər aşiq
Məcnun sevib oldu,dəli divanə sonradan

Bülbül çata bilməz mənə əfqan eləməkdə
Baxdı mənə,gəldi o da əfqana sonradan

Sağlıqda Baba az verilir şairə qiymət
Ölsən yayılır şöhrətin hər yanə sonradan

Elvin Nasir "Gəl"
Acizdi cümlələrim, sətrlərim, şeirlərim,
Gecələr ruhuma zəncir təki çox dolandı, gəl.
Ki, qopdu fırtınalar, qəlb evimin mərkəzində,
Ocağım söndü, külüm yandı, evim talandı, gəl.

Fələklə işim yoxdu, nədən kəsilmiş ki, qənim?
Dərdimin üstünə hər gün yeni dərd calandı, gəl.
Sandım cəhənnəmdi sənsizlik yanar tənim,
Məni içdən əridən alov gözdə qalandı, gəl.

Axı həsrət libası əynimə dar gəldi mənim,
Hicran toz torpağıdır, libasım bulandı, gəl.
Yanımda olmamağın dünyanı dar etdi mənə,
Sənsiz hər saatım, hər dəqiqəm yalandı, gəl.

Nəfəs almaq çətindir, qəhər düyündür boğazda,
Ciyərim yandı, nəfəs getdi, ürək dayandı, gəl.
Kəsildi gücüm, taqətim, yox oldu cəsarətim,
İçimdə körpə uşaq göz yaşı ilə oyandı, gəl.

Məni gəl etmə imtahan, hər şeyi unutmuşam,
Ki, aşiq arxa partalarda xeyli sınandı, gəl.
Getməyi bacarırsan, bitir artıq oyunu,
Hamı bildi, hamı gördü, hamı inandı, gəl.

Axı qəlbim Vətəndir, oranın padişahı sən!
Düşmən hücum etmiş, bu Vətən yağmalandı, gəl.
Yolumuz birdi bizim, sənsiz yolum yoxdu,
Daraldı məhəllələr, ən sonuncu dalandı, gəl.

Hər sabah pəncərəmdə, günəşin şövqü vardı,
Elə bil bulud çökdü, bütün dünya qaraldı, gəl.
Hicran xəstəlikdir, mən sağalmayan mərizəm,
Ciyərim tüstüdən qaraldı, bədən saraldı, gəl.

Acizdi cümlələrim, sətrlərim, şeirlərim,
Gecələr ruhuma zəncir təki çox dolandı, gəl.
Ki, qopdu fırtınalar, qəlb evimin mərkəzində,
Ocağım söndü, külüm yandı, evim talandı, gəl!

Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2023

Etiketlər :

#Gəl #ElvinNasir #MusicsofAzerbaijan

Комментарии

Информация по комментариям в разработке