Elvin Nasir - Dünya 2 (Şeir:M.H.Şəhriyar)

Описание к видео Elvin Nasir - Dünya 2 (Şeir:M.H.Şəhriyar)

Elvin Nasir-in ifa etdiyi "Dünya 2" adlı parçası artıq onlayndır!
Elvin Nasir-ə YouTube-da abunə ol : https://l24.im/HDmt9V

Sponsor Full energy
Şeir M.H.Şəhriyar
Söz:Elvin Nasir
Beat:Mətin Rəşidli
Sample:İmamyar Həsənov
Səsyazma:Ecaz Studio (@Ecazproduction)
Mix/Mastering:İbrahim Seyfulla (@Ibrahimseyfulla_)
Cover:Sahib Abbasoğlu (@sahibabbas)
Rəsmi media dəstəyi:@Xeber.men

Elvin Nasir-i sosial şəbəkələrdə izlə :
Instagram - https://l24.im/6GI

Elvin Nasir-i rəqəmsal platformalarda dinlə :
Spotify - https://l24.im/h3tV8yI
Apple Music -

Sözlər :
Yalandır ədalətin yalandır məhəbbətin
Yalandır duyğuların, mərhəmətin sədaqətin
Yalandır gülüşlərin baxışların sözün yalan
Sözündə düzün yalan,dünya özün yalan

Qəlbimə vuran dünya,bir oyun quran dünya
Günahın içinə salıb,sonra üzümə duran dünya

Ağarıb saç ilə baş qocalıb gözümdə yaş
Deyəsən yaxınlaşır Əzrayılım yavaş yavaş
Bu həyat çılpaq görür bizi ilk dəfəsindən
Və sonda yenə çılpağ sadəcə bəyaz qumaş

Torpağda yatan dünya,çürüyüb batan dünya
Və əcəl gəldiyi gün insanları satan dünya

Ya gücüm yoxdu mənim ya da yox cəsarətim
Verdiyin sevgi yalandır,bumudur ləyaqətin
Göstərib cahu cəlal taxtı tacı vermirsən
Elə bir xəlifəyəm zəbt olunub xilafətim

Dərdlərə salan dünya,hər yeri talan dünya
Sevdiyim hər nə varsa,əllərimdən alan dünya

Kədərin ömrü uzun sevincin ömrü qısa
Bəlkə mən yanılmışam həyat bürünməmiş yasa?
Sən bir an düşünərsən öz ruhunu cənnətdə
Bu həyat zəncirləyib səni ruhunnan asar

Əlində qanlı bir daş üstümə atan dünya
Götürüb qüssə,kədər xoşbəxtliyə qatan dünya

Bilmirəm həqiqətmi yoxsa qaranlıq bir röya
Hərdən sevindirir mərhəmətlidir bu guya
Məni min bir üsulla öldürəcək basdıracaq
Sonradan ağlayacaqdır oxuyub quran dünya

Buz kimi küləklərlə pencərəmdə əsən dünya
Məni öz dırnağımla boğazımdan kəsən dünya

Yalandı həqiqətlər,yalandı insanlar
Halbuki qəlbimiz təmizdi pakdı deyir onlar
Sənin eşqin də yalan verdiyin qəm də yalan
Dünya sən də yalan dünya mən də yalan

Xəyala dalan dünya xarabə talan dünya
Nə canlar alan dünya haqqı da yalan dünya

Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2023

Etiketlər :

#Dünya2 #ElvinNasir #MusicsofAzerbaijan

Комментарии

Информация по комментариям в разработке