Balabəy - Çağırış (Official Audio Video)

Описание к видео Balabəy - Çağırış (Official Audio Video)

Balabey Agayevin yeni mahnısı "Çağırış" YouTube'da yayımda.

Salam olsun Azərbaycan xalqına.Əziz izləyicilər,son günlər ölkəmizdə baş verən hadisələrin təsiri general Polad Həşimovun və digər şəhidlərimizin şəhadət xəbəri bizi nə qədər məyus etsə də bir o qədər də içimizdəki vətən sevgisini alovlandırdı. Bütün bu yaşananları düşüncəmizdən qələmimizə Çağırış adı ilə süzdürüb sizlərə təqdim edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Söz /Mus: Balabəy Ağayev
Aranjeman: Nazim Məmmədli

Sözlər:

Yetər daha zülm yetər bizi bölüb ayırdılar
Bu torpağın bu millətin canın qanın sovurdular
Doğ ey günəş aç ey səhər həyata keçsin arzular
Başı belalı yurdumun tutubdur hər yerin duman

Agız açıb çox ölkəyə köməklik istədik hədər
Vətən bizimdir dərd bizim biz etməsək kim həll edər?
Ne gözləyirsən özgəsi yanarmı sən yanan qədər?
Öz haqqın istəyir bu xalq eşitmək istəmir yalan
Ölümsə tək çıxış yolu fədadı baş fedadı can

Aman aman aman
Aman aman aman

Eşit ey məmur övladı çəkilmə səndə bir yana
Bu ailənin bir oğlusan at özünü səndə meydana
Ya hamı qalxa bir ola ya hamı kulliyən yana
Şəhidinin yasin tutur toy etmək istəyən ana
Görüncə yaşli gözlərin batır üreyimizə tikan
Bizi bu ayrılıq ilə İlahi etmə imtahan

Qaç indi soysuz erməni zaman döyuş zamanıdır
Bu xalq zülmə yox deyən Hüseynçilər məkanıdır
Mübarizin cəsarəti o məktəbin nişanıdır
Bir əsgərin gücü onun silahi yox imanıdır
Şah Ismayıl soyundanıq axır damarda eyni qan
Bizim bu şanlı tarixi gözəl bilir bütün cahan


Ata baba mirasıdır bizim bu odlar ölkəsi
Vətən ana ana vətən bu millətin əqidəsi
Boğulmasın Quran səsi kəsilməsin azan səsi
Unutmarıq vətən üçün yanan kəsi ölən kəsi
Dayanma şanlı bayrağım verim nəfəsimi dalğalan
Vətən sənə canım fəda seninlədir qoca cavan

➤Instagram’dan izləmək üçün;   / balabey_official  
➤TikTok’dan izləmək üçün; tiktok.com/@balabey_agayev
➤Apple Music’dən izləmək üçün;   / balabey  
➤Spotify’dan izləmək üçün; https://open.spotify.com/artist/5Djgs...

Əlaqə : 055 622 12 21

DİQQƏT!
Kopyalamaq qəti qadağandır!
Bu kanal rəsmi olduğu üçün müğənniyə məxsus olan bütün mahnı, klip və videoların müəllif hüquqları WediaCorp tərəfindən qorunur.

#Balabəy #Cagiris #BalabeyAgayev

Комментарии

Информация по комментариям в разработке