Balabəy - Yar Gəlmişdi (Official Audio Video)

Описание к видео Balabəy - Yar Gəlmişdi (Official Audio Video)

Balabəy Ağayevin yeni mahnısı "Yar Gəlmişdi" YouTube'da yayımda.

Mahnının Yaranma Səbəbi :
Uşaqlıq illərindən usdad Nizami Gəncəvinin əsərlərinin vurğunuyam. Gecə Xəlvətcə Bizə Sevgili Yar Gəlmişidi qəzəlini məktəb illərindən əzbər bilirdim. Ən xoşladığım qəzəllərindəndir. Ona görədə düşündüm özümü sınayım, şeriyyat dilində buna nəzirə deyirlər .İstədim ustada bu qəzəlinə nəzirə yazım və çox şükür ki tam layiqdə olmasa azda olsa öhtəsindən gəldim . Necə alınıb alınmadığını siz dəyərli dinləyicilərimin öhdəsinə buraxıram. Ümid edirəm ki qəlbinizə yol tapa bilərəm...

Söz/Musiqi : Balabəy Ağayev
Aranj : Nazim Məmmədli

Sözlər :
Gecə xəlvətcə bizə sevgili yar gəlmişidi,
Üzü aydanda gözəl nazlı nigar gəlmişidi...
Düşdüyüm eşq odu, eşq atəşi bəlliydi ona,
Mən kimi bir dəli divanəsi var gəlmişidi...

Sevgi bir daddiki acılar qarışıbdır şirinə,
Həsrətin ayrılığın yarəsi vurmuş dərinə,
Qısılıb bir otağın küncünə donmuş birinə,
Qışın oğlan çağı bir tazə bahar gəlmişidi.

Dayanıb üz-üzə ol yari danışdırmaq var,
Bu təlaşi bu həyacanı yığışdırmaq var,
Bu böyuk görüşü kiçik vaxta sığışdırmaq var,
Elə bil kos qoca dünya bizə dar gəlmişidi.

Son zamanlar düşunürdüm bir ümüd varmı yenə,
Gəlişiylə elə bil abu həyat verdi mənə,
Bu nə meydir, nə şərab bilmədim amma nədi nə,
Elə ilk badədə gözlərimə xumar gəlmişidi.

Dedi artıq gedirəm daha sənə qalmış hər şey,
Yalvarıb getmə dedim, axı yerin almış hər şey,
Özüm öz səsimə ayıldımki xəyalmış hər şey,
Yenə həsrət deyilən mərdiməzar gəlmişidi...

➤Instagram’dan izləmək üçün;   / balabey_official  
➤TikTok’dan izləmək üçün; tiktok.com/@balabey_agayev
➤Apple Music’dən izləmək üçün;   / balabey  
➤Spotify’dan izləmək üçün; https://open.spotify.com/artist/5Djgs...

Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" _ sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!


#BalabeyAgayev #YarGelmisdi #Balabey

Комментарии

Информация по комментариям в разработке