Sən niyə susursan? (1966)

Описание к видео Sən niyə susursan? (1966)

12+
Rasimin valideynləri yoxdur, avtomobil qəzasında faciəli şəkildə həlak olublar. O, avtobus parkında növbətçi mexanik işləyir. İş elə gətirir ki, Rasim sevdiyi qızın – Sürəyyanın atası Şirməmmədə – brakonyerə balıqları lazımi yerə çatdırmaqda kömək etməyə razılaşır. Rasim ümid edir ki, bu, sevdiyi qızın ailəsinin ağır borcdan qurtarmasına kömək edəcək. Brakonyerlər Rasimə yetim qızı, dinib-danışmayan Cəmiləni də qoşurlar. Qız bu çətin reysdə gəncə kömək etməlidir. Bir-birini tanımayan, lakin cinayət tərkibli bir işi yerinə yetirməli olan gənclər yolda olarkən müxtəlif adamlarla qarşılaşırlar. Rasim başa düşür ki, hətta məhəbbət naminə olsa belə, öz vicdanına qarşı kompromisə gedə bilməz.
Film Bakı, Nardaran, Şəki, Zaqatalada, Ağsu keçidi, Qaradağ, Tiflis və Gəncə aliminium zavodunda çəkilib.
Rejissor Həsən Seyidbəyli baş rolun ifaçısı Xəyal Axundzadəni küçədə tapıb. O vaxt Xəyal stend atıcılığı üzrə Azərbaycan çempionu idi.

Rejissor: Həsən Seyidbəyli
Ssenari müəllifi: Həsən Seyidbəyli
Operator: Rasim Ocaqov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Tofiq Quliyev
Rollarda: Xəyal Axunzadə (Rasim), Rəna Səlimova (Cəmilə), Yusif Vəliyev (Şirməmməd), Zemfira Sahilova (Sürəyya), Oleq Xabalov (Nəcəf), Məmmədsadıq Nuriyev (arıq), Kamil Qubuşov (Bəbir), Həsənağa Turabov (milis mayoru)

İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 15.03.1967
Janr: macəra

Комментарии

Информация по комментариям в разработке