Samir Bağırovun həyatını dəyişən azərbaycanlı məmur kimdir? – Biri var...

Описание к видео Samir Bağırovun həyatını dəyişən azərbaycanlı məmur kimdir? – Biri var...

Qurban kultu çox mədəniyyətlərdə var; bir çoxlarının sağ qalması üçün birinin öldürülməsi, daha çox qanın axmaması üçün azca - könüllü qan axıtmaq...

Biri var... Azərbaycan estradasının, şou-biznesinin qurbanı – Samir Bağırov...

Samir Rafiq oğlu Minullin 21 avqust 1967-ci ildə Bakı şəhərində anadan olub. O, tatar əsilli atasının Minullin soyadını deyil, ata nənəsinin Bağırov soy adından istifadə edib. 126 nömrəli orta məktəbdə oxuduğu zaman bir çox festival və müsabiqələrdə iştirak edib. 1984-cü ildə Orta məktəbi bitirdikdən sonra Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının klassik vokal şöbəsinə daxil olub. Konservatoriyada təhsil aldığı müddətdə sovet ordusuna hərbi xidmətə çağırılıb və hərbi xidmətdə olduğu zaman hərbi-ansamblın konsertlərində solist kimi çıxış edir. Hərbi xidməti Ukraynada başa vurub. Hərbi xidməti başa vurduqdan sonra konservatoriyada təhsilini davam etdirib,başa vurur. İlk dəfə Teymur Mirzoyevin rəhbərlik etdiyi "Qaya" dövlət orkestrində işləməyə başlayıb.
1988-ci ildə Sevinc Kərimovanın təşkil etdiyi Bakı payızı müsabiqəsində laureat olub. Yarışda musiqisi və sözləri Əzizə Mustafazadəyə aid olan "He Улетай" və bəstəsi Mikayıl Vəkilov, sözləri Malik Fərruxa aid olan "İnanıram" adlı dueti Sevil Hacıyeva ilə birlikdə səsləndirmişdir. Məhz "İnanıram"adlı duetə görə xüsusi mükafata layiq görülmüşdür.

Yaltada keçirilən müsabiqədə ikinci yeri tutandan sonra məşhur rus bəstəkarı Igor Krutoy Samirə "Маленькое Кафе" və "Отзовись" mahnılarını bəstələyir. Hər iki mahnı Pervıy kanal və RTR kimi kanallarında tele-konsertlerdə ifa olunur. 1992-ci lidə "Otzovis" mahnısı "Mayak" radiosunun keçirdiyi müsabiqədə MDB-in 10 ən məşhur mahnısından biri olub. Məhz bu uğurlardan sonra Alla Puqaçovanın yaratdığı teatrdan Samir Bağırova təklif gəlir lakin bir il sonra həmin teart dağılır və Samir Polad Bülbülöğlunun xahişi ilə vətənə qayıdır.

2000-ci illərin əvvəlinə qədər Samir Bağırov müxtəlif janrlarda mahnılar ifa edir. 2007-ci ilin sonunda isə müğənni səhnələrdən bir müddət uzaqlaşmağı qərara alır. Müxtəlif şou-proqramlarda çıxış etsədə televiziyalardan yox olması ilə medianın gündəmindən düşmür.
Gələk əsas məsələyə... Elə bu illərdən etibarən Samir Bağırovun başında qara halə dolaşmağa başlayır. Narkotik, homoseksualizm və başqa söz-söhbətlər Samir Bağırovun yaradıcılığına, populyarlığına, sənətinə təsirsiz ötüşmür. Yəqin ki, Samir ən böyük səhvini Polad Bülbüloğlunun sözünə qulaq asdığı an etmişdi. Bu barədə az sonra...
O, Azərbaycan şou-biznesini elə bir yerdən başlatmaq istəyirdi ki, o yerə dünya sarı-sarı hadisələrin içində boğula-boğula gəlib çıxmışdı. Samir bütün yükü çiyninə alıb ilan zəhəri kimi sarı mətbuatın, çirkabın içinə atıldı, plastikası ilə bir Şərq ölkəsinin ağır cədli şəhərində gey, homoseksual adlarını daşımalı olan, onun tənəsinə dözən ilk məşhur oldu.

Təəssüf ki, ətrafı ona bu işdə əl tutmadı. Ağzıqara toplumun tənələrindən hərə çiynini bir yana çəkdi, çadra altında hərə öz işini gördü, üzdə isə bomba oğlan oldu.
Bircə Samir ortada qaldı; uzun saçı, uzun barmaqları, plastik bədəni ilə... İndi gəl get-gedə qaralan qaragüruhun təhqirinə, tənəsinə artist pencəyinin süngər əlavəli çiyni ilə sinə gər!
Bəli, Samirin parıldayan artist pencəyinin süngər çiyinləri bu yükü çox çiyinləyə bilmədi.
Narkotikə qurşandı... Özü müsahibələrinin birind deyir ki, narkotikə əlvida demək ona asan başa gəlmədi. Bunun üçün müğənni Moskvada müalicə olunub.
Müsahibələrinin birində deyir ki, Moskvada ekstrasens yanında getdim. Dedim, mən yaxşı adamam, heç kəsə pislik eləmirəm, əminəm ki, istedadım da var, bəs Allah mənim şou-biznesə gedən qapılarımı niyə açmır?
Ekstrasens də cavab verir ki, şou-biznes Allahın deyil, şeytanın meydanıdır, orda at oynatmaq üçün yaxşı yox, pis adam olmalısan.

Samir isə israrla vətəndə - Azərbaycanda qalmağı düşünür. Hərçənd anası ABŞ, bacısı Hollandiya vətəndaşıdır. Samirin də bütün keyfiyyətləri, düşüncələri çoxdan Qərbdə yuva salıb, Qərb vətəndaşıdır.

Qayıdaq az əvvəlki məqama...

Demirəm, postsovet ölkələrində növbəti məşhur Azərbaycanlı estrada müğənnisini həzm edə bilməyəcəkdi, demirəm, gözügötürməzlikdən belə edib, ancaq səbəb nə olsa da, Samir Bağırovun yeri bugünkü Azərbaycan deyildi, bugünkü Bakı deyildi! O, cinsi oriyentasiyası fərqli olanlara “Samir Bağırov olma!” deyən bir toplumun sənətkarı olmaq əzabına qatlanmalı deyildi.
Samir Bağırov deyir ki, mən Azərbaycanda ayağımı qapıdan çölə qoyan kimi artıq iş başında oluram. Mənim işim qapımın kəndarından başlayır.

Geyin ən parıltılı geyimini, ayağını qapından kənara qoy, Azərbaycan sənin teatrındı, ən böyük teatrın. Bu şəhər sənin səhnəndir. Ayağını elə bas ki, səndən bu şəhərə bir də gəlməyəcəyini torpaq da hiss etsin!
Bura musiqili komediya teatrıdır, Samir!
Məharətini göstər!

Комментарии

Информация по комментариям в разработке