Elvin Nasir & Ali Asgar Mammadov & Şəhid Övladları - Can Ey Şəhid

Описание к видео Elvin Nasir & Ali Asgar Mammadov & Şəhid Övladları - Can Ey Şəhid

Elvin Nasir in Ali Asgar Mammadov iilə birgə ifa etdikləri "Can Ey Şəhid" adlı parçası artıq onlayndır!
Elvin Nasir-ə YouTube-da abunə ol : https://l24.im/HDmt9V

Elvin Nasir-i sosial şəbəkələrdə izlə :
Instagram - https://l24.im/6GI

Elvin Nasir-i rəqəmsal platformalarda dinlə :
Spotify - https://l24.im/h3tV8yI
Apple Music -


Layihəyə verdikləri dəstək üçün "Avrora" şirkətinə və "Atəşgah" rəhbərlərliyinə xüsusi təşəkkürlərimizi bildiririk.


Söz: Elvin Nasir
Musiqi:Ali Asgar Mammadov    / aliasgar771  
Beat:Berkay Çandır
Video: Tural Xəlilov (Boomerangstudio)
Səsyazma:Protime pro
Səs uzlaşması:Rüfət Behbudov (Roofatmusic)
Media partnyoru @xeber.men



Sözləri:
İlahi, bu qanun nə qəribədir..?
Bir ölüm, min canı xilas eyləyər.
Vətəni uğrunda can verənlərə,
Yaradan cənnəti miras eyləyər.

Hər kəsə bəyandır bu ki, həmişə,
Şəhiddən cənnətin qoxusu gəlib.
Bu Vətən nə gözəl lay-lay deyib ki,
Bu qədər igidin yuxusu gəlib...

Candır Şəhid, yaşayan candır Şəhid!
Torpağın üstündəki bircə damcı, qandır Şəhid!
Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz,
İnsanın alisidir, gör necə insandır Şəhid?!

Nə şərafətli əcəldir, nə ləyaqətli ölüm!
Ki, vətən torpağı uğrundakı qurbandır, Şəhid!
Şəhidin yeri cənnətdir, buyurubdur yaradan,
Cənnəti axtaran hər bir kəsə ünvandır, Şəhid!

Düzdü, çox böyük dərddir bu dünyada qalanlara,
Çünki, səni unutmaq da bizlərə nöqsandır, Şəhid...
Arxanca ağlayanlar həm də, səninlə qürur duyur
Sən baxma gözlərində yaşları leysandır, Şəhid!

Sənə borcludur bu torpağda qalan hər bir kəs,
Elə bil xəstələnmişik, bizə loğmandır Şəhid!
Məzarın üstə gedən yolda fədadır canımız,
Bizlər nə karəyik?! Aləmə sultandır Şəhid!

Can ey Şəhid! Sənə qurban ey Şəhid!
Məzarın nur ilə dolsun, hər bir an, ey Şəhid!
Bu vətən torpağını sən öz qanınla suvarmısan,
Çünki xeyli çiçək yetişdirib həmin qan, ey Şəhid!

Düşmənin atdığı hər mərmi əgər zəhərdirsə,
Onu şərbət eliyəndir, belə dərmandır Şəhid.
Bu millət ağlayacaq arxanızca hər daim,
Ki, bəlkə göz yaşımız yolunda ehsandır, Şəhid!

Və bütün dünya baxır görür şəhidlik arzumuz,
Oxunan fatihələr dünyaya üsyandır, Şəhid!
Sən ki, torpağ uğrunda öz canını sipər etdin,
Həmin ol torpağ indi üstünə yorğandır, Şəhid!

Candır Şəhid! Yaşayan candır Şəhid!
Torpağın üstündəki bircə damcı qandır, Şəhid!
Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz,
İnsanın alisidir, gör necə insandır Şəhid...

Nə etsək, nə desək, bilin ki, azdır,
Şəhadət eşqi ilə boğulanlara!
Bu ömrü yaşamaq üçün borcluyuq,
Bir ölüb, min dəfə doğulanlara!

İnanın kökündə siz dayanmısız,
Bu millət qələbə çalıbsa əgər.
O haqqı bizlərə halal etməyin,
Gözünüz arxada qalıbsa əgər!

Şərəfli şəhadət bir ağac olsa,
Siz həmin ağacda bir budağ olun.
Bədəni torpağa fəda etdiniz,
Bu vətən sağ olsun! Siz də, sağ olun!


Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2023

Etiketlər :

#Can ey şəhid #ElvinNasir #MusicsofAzerbaijan

Комментарии

Информация по комментариям в разработке